"Yüksək Effektli İnsanların 7 Vərdişi" kitabından sitatlar | Kitab sözləri

"Yüksək Effektli İnsanların 7 Vərdişi" kitabından sitatlar | Kitab sözləri ferdi inkisaf

Fikir səpərsən – hərəkət biçərsən, hərəkət səpərsən – vərdiş biçərsən, vərdiş səpərsən – xarakter biçərsən,xarakter səpərsən – tale biçərsən

«Yüksək Effektli İnsanların 7 Vərdişi», Stephen R. Covey

 


 

  • Daha çox dəyəri olan şeylər heç vaxt daha az dəyəri olanın mərhəmətinə sığınmamalıdır.
  • “Özünə hörmət hissini bizdən heç kim ala bilməz,əgər özümüz onu verməsək”.
  • Tomas Peyn deyirdi: «Asanlıqla qazandığımızı yüksək qiymətləndirmirik.Yalnız onu qiymətləndiririk ki,o bizə çox baha başa gəlir.Hər şeyin əsl qiymətini yalnız Allah bilir».
  • ...yazda əkib becərməyi unudasan, yayda boş boş gəzəsən, payızda da bol məhsul almaq iddiasında olasan… Ferma təbii sistemdir.Əvvəlcə dəyərini ödə, sonra istədiyini al.
  • Sevmək nə isə etməkdir, nəyisə qurban verməkdir, özünü fəda etməkdir – özünü körpəsinə fəda edən ana kimi. Bilmək istəyirsinizsə sevgi nədir, özünü başqaları üçün fəda edən insanlara baxın – hətta onların xətrinə dəyənlər üçün özlərini fəda edirlər- hətta bunun qarşılığını görməsələr belə.
  • “İlahi, mənəcəsarət ver, dəyişə bildiyimi və dəyişməli olanı dəyişim,mənə itaətkarlıq ver, dəyişməli olmayan şeyləri necə var eləqəbul edim, mənə ağıl ver, bunlar arasındakı fərqi bilim”.
  • Sonu təsəvvür edərək başlamaq, həyatınızın mənasını tam dərk edərək başlamaqdır.
  • Frankl deyir: «Son nəticədə insan başqalarından soruşmamalıdır ki, onun həyatının mənası nədir, o dərk etməlidir ki,bu sualı özünə verməlidir ».
  • «Qarşılaşdığımız bir çox mühüm problemlər onları yaratdığımız zaman malik olduğumuz həmin düşüncə səviyyəsi ilə həll oluna bilməz».
  • Dünyada gözəl və mükəmməl nə varsa, düzgün həyat tərzindən irəli gəlir.
  • Qəlbinizi yaxşı-yaxşı axtarın, həyat çayları ordan başlayır.
  • «Hərəkətlərinizi prioritetlər əsasında təşkil edin və həyata keçirin.»
  • «Heç kim sizi incidə bilməz,sizin buna razılığınız olmasa»
  • Xoşbəxtlik hissi bizim şüurumuzda fəvvarə vurmalıdır,insan təbiətindən bixəbər olub xoşbəxtliyi özündə deyil, orda-burda axtaranlar isə həyatını faydasız cəhdlərə həsr edib, üstəlik azaltmaq istədiyi məhrumiyyətləri daha da artırır.
  • Əgər inam yoxdursa, ya da azdırsa, onda bəlağətli sözlərimdən vəxeyirxah niyyətlərimdən asılı olmayaraq, davamlı uğur üçünəsas yoxdur. Yalnız əsaslı xeyirxahlıq tətbiq etdiyinizüsullara həyati qüvvə verər.

 

Həyatın əsl sevinci ən yüksək hesab etdiyin məqsədə doğru can atmaqdadır.

Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey

 

  • Özünüdərk hissimiz deyir ki, biz həyatımız üçün məqsəd və prinsiplər müəyyən etməliyik, yoxsa bu boşluğu başqa şeylər dolduracaq, biz isə özünüdərk hissimizi itirər, yalnız sağ qalmağa və çoxalmağa çalışan sürünənlərə bənzəyərik.

 

  • Siz insanın işlək əllərini pulla ala bilərsiniz,amma onun ürəyini ala bilməzsiniz.Onun həvəsi,şövqü,sədaqəti haradadırsa,ürəyi də oradadır.Siz onun gözlərini ala bilərsiniz,amma beynini ala bilməzsiniz,halbuki onun yaradıcıllığı,məharəti və ixtiraçılığı məhz beynindədir...
  • Prinsiplər ərazidir, dəyərlər isə xəritə. Düzgün prinsipə dəyər verməklə biz həqiqətə yaxınlaşırıq — şeyləri olduğu kimi dərk edirik.
  • Əsl uğur özünə qarşı münasibətdə qazanılır. Sərvətə sahib olmaq uğur deyil, əsl uğur özünə sahib olmaq və özünə qalib gəlməkdir.
  • Hər kəsin həyatda özspesifik istedadı, vəzifəsi, yaxud missiyası var. Deməli, hər bir insan əvəzedilməzdir, onun həyatı təkrarolunmazdır. Ona görə də hər bir insanın vəzifəsi onunbu vəzifəni yerinə yetirmək imkanı qədər unikaldır.
  • Qarşılıqlı asılılıq müstəqillikdən daha yüksək dəyərdir.
  • Biz həyat missiyamızı kəşf etmirik, onu yoxlayıb aşkar edirik.
  • Əgər biz şəraitin qurbanı olduğumuza inanmağa başlayır və determinizm anlayışını qəbul edib bu çarəsizliyə təslim oluruqsa,ümid və inadkarlığımızı itirir,taleyimizlə barışır və inkişafdan qalırıq.
  • Həyatını şüurlu surətdə inkişaf etdirəninsanın səy və qabiliyyətindən daha ruhlandırıcıbir fakt tanımıram.
    (Henri Devid Toro)
  • Vaxtın idarə olunması termini əslində düzgün deyil, çünki,...Məqsəd o deyil ki, vaxtı idarə edəsən, məqsəd odur ki, özünü idarə edəsən.
  • Effektiv insanlar problemləri düşünmür, imkanları düşünür.
  • "Şər ağacının minlərlə yarpağını bir-bir qopartmaqdansa, onun kökünə zərbə vurmaq lazımdır." Əgər biz yalnız münasibət və davranışımız üzərində işləməkdən əl çəkib,bu münasibət və davranışları doğuran paradiqmalardan başlasaq, məhz onda mühüm keyfiyyət dəyişikliklərinə nail ola bilərik.
  • Əgər nəyisə dəyişmək istəyiriksə, əvvəlcə özümüzü dəyişməliyik. Özümüzü effektli dəyişmək üçünsə biz öz qavrayışımızı dəyişməliyik.

 

Dönüb həyatımın ötən illərinə baxanda – məntez-tez keçmişə boylanıram – dəhşətlə görürəm ki, nə vaxtsa bizə çox əhəmiyyətli və cazibədar görünən hər şey indi nə qədər mənasız vəhədər görünür. Məsələn, hər cür uğur, məşhurluq və şöhrət, pul qazanmaqhərisliyi və ötəri əyləncələr,qadın cazibəsi, yaxud səyahət –dünyanı eninə-uzununa gəzmək, şeytan kimi Şöhrət Yarmarkasının təklif etdiyi hər şeydən dadmaq xisləti. Bu günün gözü ilə baxanda görürsən ki, bütün bu həzz və nəşəxorluq meyilləri sabun köpüyündən başqa bir şey deyilmiş, Paskalındediyi kimi, “torpağı yalamaqmış"

Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey

 

 

0 şərh